“Erməni Apostol Kilsəsində yaranmış böhranla bağlı araşdırma komissiyası yaradılacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, hökumət kilsədəki vəziyyətlə bağlı ən geci bir ay ərzində hesabat hazırlayacaq. O, sənəddə kilsədəki “dərin sistemli böhran”la bağlı bir sıra faktların əks olunacağını bildirib:
“Yaradılması nəzərdə tutulan komissiyanın əsas məqsədi mövcud faktları araşdırmaq, vəziyyətə hüquqi qiymət vermək və zərurət yaranarsa, qanunvericiliyə müvafiq dəyişikliklər təklif etməkdir”.
Paşinyanın parlamentdəki çıxışı zamanı Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginə dünyəvi adı ilə müraciət etməsi də müxalifətin etirazına səbəb olub. Deputatlar masaları döyərək narazılıqlarını ifadə edib, hakim “Mülki müqavilə” fraksiyasının üzvləri isə baş naziri dəstəkləyiblər.
Beləliklə, Ermənistan hakimiyyəti ilə Apostol Kilsəsi arasında son dövrdə artan gərginlik yeni mərhələyə keçə bilər. Müxalifət isə hakimiyyətin kilsənin daxili işlərinə müdaxilə etdiyini bildirir.
Safura Bənnayeva
Globalinfo.az