“BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası iyulun 9-da keçiriləcək”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
O bildrib ki, iclasda Rusiya BMT Təhlükəsizlik Şurasının üzvlərini Kiyevə hücumun Ukrayna versiyasını təkzib edən faktlarla tanış edəcək.
“Qərb dövlətləri Kiyevdəki uşaq xəstəxanasına raket hücumu ilə əlaqədar olaraq BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb ediblər Bu hadisənin Ukrayna və Qərb versiyasını təkzib edən faktları təqdim edəcəyik”, – deyə Polyanski vurğulayıb.
Qeyd edək ki, daha öncə Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna hakimiyyətinin Rusiyanın mülki hədəflərə guya qəsdən raket zərbəsi endirməsi ilə bağlı bəyanatları reallığa uyğun gəlmir. Kiyev rejiminin oxşar isterikası NATO-dan olan himayədarlarının zirvə görüşü ərəfəsində tez-tez baş verir.
Müşviq Tofiqoğlu
Globalinfo.az