Sosial şəbəkədə Kamil Cəbrayılovun övladlarından birini “pay verməsi” ilə bağlı yayılan məlumatlar polis tərəfindən araşdırılıb.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, həmin iddiaların həqiqətə uyğun olmadığı müəyyən edilib.
Polis aidiyyəti dövlət qurumları ilə birgə K.Cəbrayılovla profilaktik söhbətlər aparıb və sosial şəbəkə seqmentində bu məzmunda həqiqətə uyğun olmayan fikirlərin səsləndirilməsinin səbəb olacağı nəticələr ona izah edilib.
***14:07
Sosial şəbəkədə canlı yayım açaraq övladının dəfn prosesini göstərən və səhifədə “kart var, tıklayın” sözləri ilə məşhurlaşan doqquz uşaq atasının bir övladını pay verməsi ilə bağlı səsləndirdiyi fikir birmənalı qarşılanmayıb.
Globalinfo.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, səsləndirilən iddialarla bağlı məsələ nəzarətə götürülüb və araşdırma predmetidir.
Açıqlamada qeyd olunub ki, məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə birgə müvafiq yoxlamalar aparılır:
“Araşdırmanın nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin ediləcək”.
