vak 3583

Bu il Qırmızı Meydanda keçiriləcək Qələbə Günü Paradında hərbi texnika kolonları yer almayacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla belə, piyada kolonunun geniş tərkibdə təqdim olunacağı, kursantların və hərbçilərin yürüşdə iştirak edəcəyi bildirilib.

Paradda akrobatika qruplarının çıxış edəcəyi və Ukraynadakı əməliyyatlarda fəaliyyət göstərən silahlı qüvvələrin işinin nümayiş olunacağı vurğulanıb.

Məlumata görə, bu il Rusiyanın bir sıra bölgələrində təhlükəsizlik səbəbindən ənənəvi bayram tədbirləri məhdudlaşdırılıb.

Ukrayna ilə bağlı davam edən gərginlik fonunda bəzi şəhərlərdə Qələbə Günü paradları və atəşfəşanlıqlar ləğv edilib, əvəzində daha lokal tədbirlərin keçirilməsi planlaşdırılır.

Tahir Turan
Globalinfo.az

Paylaş: