Bakının “Şamaxinka” adlanan ərazisində səhər saatlarında ictimai nəqliyyat vasitələrinin hərəkətində gecikmələr müşahidə olunub.
Globalinfo.az xəbər verir ki, saat 07:30-08:30 aralığında avtobusların intervalının artması sərnişinlərin ictimai nəqliyyatdan istifadəsində çətinliklər yaradıb. Xüsusilə 2 nömrəli marşrut avtobusunun intervalının artması sərnişinlərin dayanacaqlarda daha çox gözləməsinə səbəb olub.
Kadrlarda gələn avtobusların sərnişinlərlə dolu olduğu, növbəti avtobusu gözləyənlərin isə dayanacaqlarda sıxlıq yaratdığı görünür.
Həmin görüntüləri təqdim edirik:
Safura Bənnayeva
Globalinfo.az