885 metrlik tunel çəkilir: Tikinti işləri nə zaman başa çatacaq? – VİDEO

885 metrlik tunel çəkilir: Tikinti işləri nə zaman başa çatacaq? - VİDEO

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda tikinti işlərinin 70 faizi yekunlaşıb.

Magistral ikinci texniki dərəcəyə uyğun inşa olunur və ümumi uzunluğu 85.6 kilometrdir. Ərazidə eyni zamanda uzunluğu 885 metr olan tunelin tikintisi həyata keçirilir.

Hazırda tunelin 400 metrdən çox hissəsi qazılaraq açılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) şöbə rəisi Asim Məmmədli bildirib ki, Ağsuçay vadisində uzunluğu 1186 metr olan unikal avtomobil körpüsünün tikintisi də davam etdirilir.

Tikinti işlərinin bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Körpü və tunelin isə gələn il istifadəyə verilməsi planlaşdırılır.

Ətraflı süjetdə: