ceyun lavrov 1

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Məlumata görə, nazirlər Azərbaycan-Rusiya ikitərəfli gündəliyini, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq, həmçinin, regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

    Tərəflər iki ölkə arasında əldə olunmuş razılaşmaların icra vəziyyətini nəzərdən keçiriblər.

    Müzakirələrdə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti və Azərbaycan-Rusiya Biznes Şurasının rolu da daxil olmaqla, iqtisadi və ticarət əməkdaşlığının mövcud vəziyyəti və perspektivlərinə diqqət yetirilib.

    Qeyd olunub ki, nəqliyyat əlaqələrinin və regional nəqliyyat layihələrinin inkişafı yalnız iştirakçı dövlətlərin deyil, bütövlükdə regionun iqtisadi dayanıqlığının möhkəmlənməsinə xidmət edir.

    Nazirlər, həmçinin, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin, multimodal daşımaların genişləndirilməsinin və logistika marşrutlarının səmərəliliyinin artırılmasının əhəmiyyətini vurğulayıblar.

    Görüş zamanı humanitar sahədə əməkdaşlıq, mədəniyyət, təhsil, elm və idman sahələrində əlaqələrin inkişafı, insanlar arasında təmasların, akademik və gənclər mübadilələrinin təşviqi məsələləri də müzakirə olunub.

    Xəzər dənizində ekoloji vəziyyətə, o cümlədən su səviyyəsinin azalmasından irəli gələn çağırışlara diqqət çəkilib və bu istiqamətdə əməkdaşlığın vacibliyi vurğulanıb.

    Nazirlər regional və beynəlxalq gündəmdə duran aktual məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

    Cənubi Qafqazdakı vəziyyətə toxunan nazir Ceyhun Bayramov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra regionda formalaşmış yeni reallıqlar beynəlxalq hüququn prinsiplərinə – dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına əsaslanır.

    Qeyd edilib ki, Azərbaycanın sülh gündəliyinə sadiqliyi, konstruktiv təşəbbüsləri və etimad quruculuğu istiqamətində atdığı addımlar normallaşma prosesinin irəliləməsinə mühüm töhfə verib.

    Görüşdə Yaxın Şərqdəki vəziyyət, Rusiya-Ukrayna münaqişəsi və digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı da fikir mübadiləsi aparılıb. Sülh və sabitliyin təmin edilməsində diplomatik dialoqun, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyi vurğulanıb.

    Səfər çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında 2026–2027-ci illər üçün Məsləhətləşmələr Planı nazirlər tərəfindən imzalanıb.

    ***14:56

    Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ilə danışıqlar aparıb.

    Globalinfo.az APA-ya istinadən xəbər verir ki, xarici işlər nazirləri AzərbaycanRusiya münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, ticarət-iqtisadi və humanitar əməkdaşlığı, eləcə də regional və beynəlxalq gündəliyi müzakirə ediblər.

    Rusiya xarici işlər naziri 22 fevral 2022-ci ildə imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə reallaşdırmağa doğru irəlilədiklərini bildirib.

    O deyib ki, bu il ən yüksək səviyyədə əldə edilən razılaşmalar, eləcə də hökumətlərin və Xarici İşlər nazirliklərinin işi sayəsində 25 dekabr 2024-cü ildə AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğramasının nəticələri ilə bağlı məsələlər həll olunub.

    Rusiyalı nazir tərəflərin iqtisadi sahədə əməkdaşlığı müzakirə etmək niyyətində olduğunu qeyd edib. O, AzərbaycanRusiya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 24-cü iclasının aprel ayında keçirildiyini xatırladıb.

    Rusiya xarici işlər naziri Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacağını vurğulayıb. O, həmçinin “3+3” regional məsləhət platformasına artan marağın olduğunu qeyd edib.

    Azərbaycan xarici işlər naziri öz növbəsində bildirib ki, bu cür təmaslar Azərbaycan-Rusiya münasibətlərinin bütün spektrinin ətraflı müzakirəsi üçün mühüm platforma yaradır.

    Onun sözlərinə görə, danışıqlar zamanı tərəflər ticarət-iqtisadi əməkdaşlıq məsələlərini ətraflı şəkildə nəzərdən keçirəcəklər ki, bunun da mühüm elementlərindən biri Hökumətlərarası Komissiyanın müntəzəm iclaslarıdır.

    “Qlobal iqtisadiyyatda mövcud olan bütün çətinliklərə baxmayaraq, ölkələrimiz arasında ümumi tendensiya müsbətdir”, – Ceyhun Bayramov vurğulayıb.

    O qeyd edib ki, tərəflər 2025-ci il üçün ikitərəfli əməkdaşlıq göstəricilərini, eləcə də yaxın gələcək üçün planlaşdırılan sahələri müzakirə edəcəklər. Azərbaycan xarici işlər naziri humanitar sahəni Azərbaycan və Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin ənənəvi olaraq vacib elementi kimi xarakterizə edib.

    Ceyhun Bayramov həmçinin iki ölkənin beynəlxalq platformalarda qarşılıqlı fəaliyyəti də daxil olmaqla, qarşılıqlı maraq doğuran bütün regional və beynəlxalq məsələləri müzakirə etməyə hazır olduğunu diqqətə çatdırıb.

    ***13:18

    Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla onun rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

    Globalinfo.az APA-ya istinadən xəbər verir ki, nazirlər əvvəlcə təkbətək formatda görüşüblər.

    Ceyhun BayramovSergey Lavrov daha sonra geniş tərkibdə danışıqlar aparacaq.

    Danışıqlarda RusiyaAzərbaycan ikitərəfli münasibətləri, regional və beynəlxalq gündəmdə duran aktual məsələlər müzakirə olunacaq.

    Xarici işlər nazirlərinin danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransı keçirəcəyi də planlaşdırılıb.

    a375a960 76e0 4fdd a0f0 d677c1a897c3
    433d481f d585 425e 90f9 0681f7985f6a
    b197d94b 1256 4ae7 aab5 b2438461c8feHNbqP8kagAAjq5v
    HNbp6ETasAAt Yb
    HNbqR0TbcAAi4Wl
    HNbqTSsbUAAd jv

    Paylaş: