ABŞ dövlət katibi Marko Rubionun Çinə səfəri zamanı seçdiyi geyim sosial şəbəkələrdə gündəm olub.
Globalinfo.az xəbər verir ki, Ağ Evin kommunikasiya direktoru Stiven Çunq Rubioyun fotosunu paylaşıb.
Fotonun üzərinə “The Maduro Nike Tech”(Maduronun geyindiyi Nike Tech tərzi) şərhini əlavə edib.
Çunq paylaşımda Rubionun geyindiyi idman dəstini daha əvvəl Venesuelanın sabiq prezidenti Nikolas Maduro ilə əlaqələndirib. Foto qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub.
Safura Bənnayeva
Globalinfo.az

