turner scaled

ABŞ Dövlət katibi Marko Rubio respublikaçı konqresmen Maykl Törnerə Amerika ordusunun Ali Lider Əli Xameneini hədəf almadığını deyib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

“Rubio çox açıq şəkildə bildirdi ki, biz Xameneini və İran rəhbərliyini hədəf almırıq”, – deyə Törner bildirib.

Qeyd edək ki, fevralın 28-də səhəri ABŞ  İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb.

İslam Respublikasının paytaxtı da daxil olmaqla, çoxsaylı şəhərlərinə hücum edilib. Bir zərbə Ali rəhbər Əli Xameneinin iqamətgahına dəyib, o, həlak olub.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: