Turkish Airlines Aerials 2022%C2%A9Eric MAGNAN 29 1 scaled 1

Türkiyə Hava Yolları 18 beynəlxalq marşrut üzrə uçuşları dayandırıb.

Globalinfo.az xəbər verib ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilir ki, bu dəyişikliklər şirkətin İstanbuldakı əsas mərkəzindən həyata keçirilən reysləri əhatə edir və Afrika, Yaxın Şərq, Mərkəzi Asiya, Avropa istiqamətlərinə təsir göstərir:

“May–oktyabr 2026 dövründə həftəlik 100-dən çox reysin ləğvi planlaşdırılır, xüsusilə may və iyun aylarında bu rəqəm 140-dan çox olacaq.

Ləğv edilən marşrutlar arasında Fərqanə, Kərkük, LeypsiqTürküstan kimi istiqamətlər var.

Eyni zamanda İran şəhərlərinə uçuşların bir hissəsi oktyabra qədər dayandırılıb, Tehran istiqamətində isə reyslərin iyundan etibarən bərpası planlaşdırılır”.

Safura Bənnayeva
Globlainfo.az

Paylaş: