37227440f360719bd338a4c98caffd07

Moskvada yaşayış binasında baş verən yanğın söndürülüb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Qeyd olunur ki, təhlükəsizlik məqsədilə əraziyə giriş məhdudlaşdırılıb, təxliyə olunan sakinlər binaya buraxılmır.

*** 23:16

Moskvada yaşayış binasında güclü partlayış və yanğın baş verib. İki nəfər həlak olub, 10 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Hadisə şəhərin cənub-qərbində, General Tyulenyev küçəsindəki doqquzmərtəbəli binada qeydə alınıb.

İlkin məlumatlara görə, partlayış binanın 9-cu mərtəbəsində baş verib, nəticədə iki mənzil yanmağa başlayıb, 8-ci və 9-cu mərtəbələr arasında konstruksiya uçub. Partlayış baş verən mənzil tamamilə dağılıb.

Hazırda binadakı sakinlərin təxliyəsi həyata keçirilir. Hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və tibb briqadaları cəlb olunub. Moskva Prokurorluğu və İstintaq Komitəsi də araşdırmalara başlayıb. Hadisənin səbəbləri yanğından sonra aparılacaq texniki ekspertiza ilə müəyyən ediləcək.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: