ABŞ prezidenti Co Bayden 2024-cü il seçkilərində iştirakla bağlı qərar verməyə hələ hazır olmadığını bildirib.
Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, Bayden CNN-ə verdiyi müsahibədə namizəd olmaq qərarına nəyin mane olduğunu soruşduqda “mən bunu etməyə hazır deyiləm” deyib.
Xatırladaq ki, 2022-ci ilin dekabrında Ağ Evin mətbuat katibi Karine Jean-Pierre brifinqdə Co Baydenin ikinci müddətə namizədliyini irəli sürmək niyyətində olduğunu və çox güman ki, 2023-cü ilin əvvəlində yekun qərarı verəcəyini bildirmişdi. O əlavə edib ki, Amerika lideri bu məsələni ailəsi ilə müzakirə etmək niyyətindədir.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp noyabrın ortalarında dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürdüyünü artıq rəsmən elan edib.
ABŞ-da prezident seçkiləri 2024-cü ildə keçiriləcək.














