“İsrail və Livan arasında atəşkəs üç həftəlik uzadılacaq”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial media platformasında yazıb.
“Yaxın gələcəkdə İsrailin Baş naziri Benyamin Netanyahu və Livan Prezidenti Cozef Aunu qəbul etməyi səbirsizliklə gözləyirəm.
Bu tarixi görüşdə iştirak etmək böyük şərəfdir!”, – deyə qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az