Romada aksiya: 80 min insanın bir tələbi var!

Romada aksiya: 80 min insanın bir tələbi var!

Romada Avropanın yenidən silahlanmasına qarşı və daha ədalətli sosial siyasət üçün kütləvi mitinq keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Roma mərkəzində Avropanın yenidən silahlanmasına qarşı və daha ədalətli sosial siyasət üçün təşkil edilən böyük mitinqdə “5 Ulduz Hərəkatı” partiyasının nümayəndələri iştirak edib. Məlumata görə, aksiyada 80 min nəfər iştirak edib. Avropa rəhbərliyini hədəf alan “Silahlanmaya yox! Onları dayandıraq!” şüarı ilə keçirilən aksiyaya vətəndaş hüquqları uğrunda mübarizə aparan təşkilatlar qoşulub.

Çıxışlarda İtaliya hökumətinin başçısı Corciya Meloni və Avropa Komissiyasına tənqidi mövqe nümayiş etdirilib.

“5 Ulduz Hərəkatı” Avropa Parlamentində Avropa Komissiyasının rəhbəri Ursula Fon der Layenin təklif etdiyi 800 milyard avroluq silahlanma planına qarşı çıxıb. Bu plan Avropa İttifaqı ölkələrinin 150 milyard avroya qədər müdafiə xərcləri üçün borc götürməsini nəzərdə tutur. Eyni zamanda, partiya Ukraynaya silah göndərilməsinə qarşı çıxır və diplomatik danışıqlara çağırır. Hərəkatın rəhbəri Cüzeppe Konte atəşkəsin elan olunması və Rusiya ilə danışıqlarda iştirakın vacibliyini qeyd edir.

Mitinq iştirakçıları arasında Rusiya ilə sülhə çağıran plakatlar da görülüb.

Aysel Əliyeva
Globalinfo.az