Rusiyada İkinci Qərb Dairə Hərbi Məhkəməsi “Krokus Siti Hall”da baş verən terror aktı ilə bağlı cinayət işi üzrə digər təqsirləndirilənlərə ömürlük həbs cəzası verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Prokurorlar təqsirləndirilənlər üçün ömürlük həbs cəzası və 1,2 milyon ilə 2,7 milyon rubl arasında cərimələr tələb ediblər.
Təqsirləndirilənlərdən üç nəfərin 19 il 11 ay, bir nəfərin isə 22 il 10 ay həbs cəzasına məhkum edilməsi istənilib. İttihamçı tərəf həmin şəxslərin Rusiya vətəndaşlığının əllərindən alınmasını tələb edib.
Safura Bənnayeva
Globalinfo.az