ff

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı  “Now” kanalında yayımlanan “Yeraltı” serialının baş obrazlarından birini canlandıran aktyor Uraz Kaygılaroğlu ilə əlaqə saxlayaraq, türk gənclərinin pis vərdişlərdən uzaq durmasına yönəlmiş nümunəvi ekran işinə görə məmnunluğunu ifadə edib.

Globalinfo.az xəbər verir ki, Baxçalı bu barədə öz sosial media hesbabında paylaşım edib.

“Türk gənclərinin pis vərdişlərdən uzaq durması yönündə həyata keçirilən uğurlu yayımları və nümunəvi ssenarinin ekranlara gətirilməsindən məmnunluğumu ifadə etdim. Əgər qəbul etsələr, onlara bir bozqurd tablolu hədiyyə vermək istədiyimi bildirdim və bütün heyətə uğurlar arzuladım”, – Baxçalı bildirib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: