HNVC7TGXYAAYdmd

Ukrayna Prezidenti Volodimir Zelenskinin iyulun 15-də müdafiə naziri Mixaylo Fedorovu vəzifəsindən azad etməsi ölkədə narazılığa səbəb olub. 

Globalinfo.az xəbər verir ki, Zelenskinin bu addımı hazırda həyata keçirdiyi hökumət dəyişiklikləri əsasında atdığı bildirilir.

Məlumata görə, Fedorovo orduda bir çox texnoloji yeniliklərə imkan yaratmış olsa da, bir sıra generallarla mübahisəyə girib, ciddi fikir ayrığı yaşayıb.

Lakin xalq hazırkı məqamda ordu üçün bu qədər mühüm olan bir şəxsin əsaslı açıqlama verilmədən vəzifəsindən azad edilməsinin doğru olmadığını bildirir. Nəticədə əksəriyyəti müharibə iştirakçıları və əsgərlər olan çox sayda ukraynalı Kiyevdə etirazlara başlayıb.

Həmçinin Ukrayna Hərbi Hava Qüvvələrinin Komandanının müavini Pavlo Yelizarov da müdafiə nazirinin işdən çıxarılmasından sonra istefa verib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: