
Ermənistanda İstanbul–İrəvan reysi ilə gələn 33 yaşlı Gümrü sakini saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, o, 2015-ci il sentyabrın 13-dən etibarən yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmək ittihamı ilə axtarışda olub.
Adı açıqlanmayan şəxs “Zvartnots” hava limanında saxlanılaraq polis bölməsinə aparılıb.
Safura Bənnayeva
Globalinfo.az