“Qızılın qiyməti geosiyasi gərginliklər fonunda yaxın gələcəkdə də artmağa davam edəcək”.
Globalinfo.az xəbər verir ki, bunu “BCS World of Investments” şirkətinin analitiki Aleksandr Şepelevin “TASS” agentliyinə açıqlamasında deyib.
Ekspert bu ilin sonuna qədər qızılın birja qiymətinin 6000 dollara çata biləcəyini bildirib:
“Lakin bu artımdan sonra ehtimal ki, eyni dərəcədə sürətli bir eniş olacaq, qiymət 4000 dollara və ya daha aşağı səviyyəyə enəcək”.
Aleksandr Şepelevin sözlərinə görə, qızıl hətta ən kiçik amillərə belə kəskin reaksiya verir.
Ekspert hesab edir ki, bu fonda 2026-cı ildə qızılın orta qiyməti, çox güman ki, troya unsiyası üçün 4300 dollar ətrafında olacaq.
Qeyd edək ki, 26 yanvarda yayılan xəbərə görə qızılın qiyməti tarixdə ilk dəfə olaraq 5100 dolları keçib. 27 yanvarda isə qızılın qiyməti qısa müddətə 1 troya unsiyası üçün 5125 dollara çatıb. Mütəxəssislər bu artımı qlobal geosiyasi gərginlik fonunda qiymətli metala tələbatın artması ilə əlaqələndiriblər.
Günel Cəlil
Globalinfo.az