yemen

Yəməndə hökumət istefa verib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, xarici işlər naziri Şayya Möhsen əl-Zindani ölkənin yeni baş naziri təyin edilib.

“Baş nazir Salem bin Breik rəsmi olaraq istefa ərizəsini təqdim edib, şura bunu təsdiqləyib. Bundan sonra isə Zindani növbəti kabineti formalaşdırmaq üçün təyin olunub”, – deyə qeyd olunub.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: