Saakaşvilinin durumu daha da pisləşdi

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili arıqlamağa və əzələ kütləsini itirməyə davam edir.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstan Ombudsmanının topladığı qrupun nevroloqu Tengiz Tsuladze deyib.

“Hazırda xəstəxanada olan keçmiş prezident Mixeil Saakaşvilinin vəziyyəti daha da pisləşib. Məhkum ürək bulanmasından əziyyət çəkir. Saakaşvili qidaların çoxunu fiziki vəziyyətinə görə ümumiyyətlə qəbul edə bilmir”, – o bildirib.