Ermənilər gün saymağa başladılar

“Ermənistanın Baş naziri Nikol Paşinyanın səlahiyyət müddətinin bitməsinə 730 gün qalıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Nəşr Paşinyanın reytinqinin kəskin aşağı düşdüyünü xatırladıb və ermənilərin onun hakimiyyətdən getməsi üçün gün saydığını bildirib.

“Hakimiyyətdə olduğu illər ərzində birincilərin (özündən əvvəlki erməni liderlərin – red.) qayda-qanunlarını rədd edərək yeni kultlar yaratdı, kreslo və şəxsiyyətə pərəstiş ideyasını qızışdırdı.

Nikol Paşinyan başda olmaqla, yanındakılar kreslolarına bağlanıblar. Getmək təhlükəsi başlarının üstündə “Domokl qılıncı” kimi asılıb”, – “Joxovurd” qeyd edib.

Safura Bənayeva
Globalinfo.az