9206ba5ae5e00a38b7c45d2b78fe5395 1767529892

“Biz Azərbaycanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq”.

Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ilə görüşündə Azərbaycanla münasibətlərin perspektivlərini müzakirə edərkən deyib.

İranın xarici işlər naziri Azərbaycanla konstruktiv dialoqu qeyd edib.

O, mehriban qonşuluq siyasətini daha effektiv şəkildə irəli aparmaq üçün iki ölkə arasında iqtisadi, tranzit, siyasi, mədəni və humanitar sahələrdə əməkdaşlığın davamlı olaraq gücləndirilməsinin və genişləndirilməsinin vacibliyini vurğulayıb:

“Həmçinin Tehran və Bakı arasında bu sahələrdə məsləhətləşmələrin intensivləşdirilməsi önəmlidir”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: