ABŞ Prezidenti Trampın iqlim və ətraf mühitlə bağlı imzaladığı üç sərəncam tənqid hədəfinə çevrilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.
7-25 yaş arası 22 nəfər “Milli enerji fövqəladə halı” çərçivəsində imzalanan sənədlərin konstitusiyaya zidd olduğunu bildirib:
“Onlar Tramp və administrasiyasına qarşı iddia qaldırıb və sözügedən qərarların qlobal istiləşməni daha da pisləşdirəcəyini deyiblər. Gənclər cavabdeh qurumlar arasında ABŞ Energetika Nazirliyi, Nəqliyyat Departamenti, Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) və ABŞ Aeronavtika və Kosmos İdarəsinin (NASA) olduğunu qeyd ediblər”.
Xatırladaq ki, Donald Tramp vəzifəyə başlayan kimi “Milli enerji fövqəladə vəziyyəti” elan edib.
ABŞ bununla, kütləvi qalıq yanacaq istehsalını artırmaq, ölkənin yüksək enerji qiymətləri ilə mübarizə aparmaq fikrindədir.
Əliyar Xəlil
Globalinfo.az














