An 22 UWLW.jpg

Rusiyanın An-22 təyyarəsi İvanovo vilayətində qəzaya düşməzdən əvvəl havada qəfil parçalanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

Şahidlərin sözlərinə görə, təyyarə havada qəfil dağılmağa başlayıb və qalıqları İvankovo yaxınlığında yerləşən Uvodskoye su anbarına düşüb.

Qeyd edək ki, bir qədər əvvəl Rusiya Müdafiə Nazirliyi İvanovo vilayətində hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğramasını təsdiqləyib.

Qurumun məlumatına görə, təyyarə insanların yaşamadığı əraziyə düşüb. İlkin məlumata əsasən, təyyarədə yeddi heyət üzvü olub və onların heç biri sağ qalmayıb.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: