
Ukrayna ABŞ-ın sülh planı ilə razılaşıb.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “ABC News” nəşri çıxış edib.
“Ukraynalılar sülh planını əsasən qəbul ediblər. Hələ bəzi kiçik məqamlar həllini tapmayıb, amma ümumi razılıq əldə olunub”, – adı açıqlanmayan ABŞ rəsmisi nəşrə bildirib.
“ABC News”un məlumatına görə, Cenevrədə ABŞ-ın Ukraynaya təqdim etdiyi 28 bəndlik sülh planı 19 bəndlik sülh planına yenidən baxılıb və bu plana artıq müharibə zamanı törədilən əməllərlə bağlı amnistiya məsələsi, eləcə də Ukrayna ordusunun gələcək həcminə dair məhdudiyyətlər nəzərdə tutulmayıb.
Safura Bənnayeva
Globalinfo.az