
“Rusiya hücumun qarşısını almaq üçün Avropaya qabaqlayıcı zərbə endirməlidir”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri rusiyalı hərbi reportyor Aleksandr Sladkov deyib.
Onun sözlərinə görə, Avropada “Rusiya ilə müharibənin tezliklə başlayacağı” barədə danışıqlar səngimir.
“Konsepsiyada qeyd olunduğu kimi, dərhal nüvə silahına keçməliyik”, – Sladkov bildirib.
Onun bu açıqlaması mediada və ekspert dairələrində rezonans doğurub.
Safura Bənnayeva
Globalinfo.az














