Rus ordusu daha 3 kəndi tutdu, lakin…

Rus ordusu daha 3 kəndi tutdu, lakin...

Rusiya ordusu Severodoneks yaxınlığında yerləşən Platonovka kəndini ələ keçirib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Kənd şəhərin şimal-qərbində, Lıman–Slavyansk yolu yaxınlığında yerləşir. Bu isə o deməkdir ki, rus qüvvələri Severodoneksi qərbdən dolanıb mühasirəyə almağa cəhd göstərirlər.

“Deep State” xəritəsində Platonovka hələ də Ukrayna Silahlı Qüvvələrinin nəzarətində göstərilir, ən yaxın “boz zona” isə təxminən 2,5 km məsafədədir.

Rusiya ordusunun həmçinin Dvureçanski və Qay yaşayış məntəqələrini işğal etdiyi bildirilir.

Safura Bənnayeva
Globalinfo.az