Qəzada şəhid olan Ramazanla bağlı təsiri faktlar: Onun həyatını xilas etdi…

Qəzada şəhid olan Ramazanla bağlı təsiri faktlar: Onun həyatını xilas etdi...

Türkiyə hərbi təyyarəsinin Gürcüstanda qəzaya uğraması nəticəsində həlak olanlardan biri də baş çavuş Ramazan Yağızdır.

Globalinfo.az xəbər verir ki, Türkiyə mediası onunla bağlı bəzi məlumatları bölüşüb.

Ramazan Yağız ölümündən bir qədər əvvəl 11 noyabr 2022-ci ildə şəhid olmuş dostu Emre Sevinçi sosial media hesabında anıb. O, “Şəhadətinin ildönümündə məkanın cənnət olsun, igidim” qeydini yazıb. Bundan bir neçə saat sonra isə özü şəhid olub.

Atası Mehmet Sevinç də sosial media hesabından oğlunun və şəhid Yağızın fotosunu paylaşaraq “Cənnətdə görüşmək üçün eyni günə sözləşdiniz, igidlərim” yazıb.

O da məlum olub ki, şəhid Ramazan Yağız 2023-cü ilin iyununda bir xərçəng xəstəsinə sümük iliyi donoru olub.

Safura Bənnayeva
Globalinfo.az