İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən azad edilərək həbs olunan sədri Əkrəm İmamoğlu özü haqda ittiham aktı ilə bağlı açıqlama verib.
Globalinfo.az xəbər verir ki, o, məhkəmənin açıq keçirilməsini tələb edib.
“Həqiqətən, cəsarətiniz var mı? Məhkəməni canlı yayımlayın, hər kəs yalanlarınızı, iftiralarınızı görsün!
İftira, qurma işlər, məhkəmədə nadir rast gəlinən hücum və təzyiqlərlə aparılan bu qanunsuz istintaq nəticəsində 237 gün sonra iddianaməni hazırlaya bildilər”, – o deyib.
Qeyd edək ki, Əkrəm İmamoğlunun cinayət işi üzrə 402 şübhəli barəsində ittiham irəli sürülüb. İmamoğluna 2352 ilə qədər həbs cəzası istənilib.
Safura Bənnayeva
Globalinfo.az