“Avropa Rusiya ilə genişmiqyaslı müharibəyə hazırlaşır”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
O, Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Fabien Mandonun ölkə ordusunun 3-4 ildən sonra döyüşə hazır olması ilə bağlı sözlərini xatırladıb:
“Bu, boş xəbər deyil. Hamı savaşa hazırlaşır. Bunu son dərəcə məsuliyyətli general bildirib. Münaqişənin yaxınlaşması ilə bağlı qorxularımın əsassız olduğu sübut olunarsa, sevincimdən atəşfəşanlıq edəcəyəm. Lakin Serbiya silahlanmağa davam etməlidir”.
O qeyd edib ki, Belqrad potensial hərbi qarşıdurma qarşısında sözün əsl mənasında “daşla sərt yer arasında” qalıb.
“Bu kontekstdə ordumuzu gücləndirmək üçün bütün tədbirləri görməlidir – ilk növbədə, Serbiya Hərbi Hava Qüvvələrini (VVS) gücləndirmək lazımdır”, – Vuçiç bildirib.
Safura Bənnayeva
Globalinfo.az














