Qusarda qadını baltalayan onun 12-ci əri imiş – Təfərrüat

Qusarda qadını baltalayan onun 12-ci əri imiş - Təfərrüat

Qusar rayonunda törədilən qətl hadisəsinin təfərrüatları məlum olub.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə avqustun 10-da gecə saat 4 radələrində Yuxarı Tahircal kəndində qeydə alınıb. Rayonun Gican kənd sakini, 1958-ci il təvəllüdlü Vəkil Əlibəyov bir il əvvəl 1977-ci il təvəllüdlü Şəlalə Ömərova ilə tanış olub və onunla sevgi münasibətləri yaşayıb. Bir müddətdən sonra V.Əlibəyov Ş.Ömərovanı götürüb qaçıb və yaşadığı Gican kəndində birgə yaşayıb. Təxminən bir aydan sonra isə Ş.Ömərova Yuxarı Tahircal kəndinə qayıdıb və o, qardaşının evində məskunlaşıb. V.Əlibəyov isə mütəmadi olaraq Yuxarı Tahircal kəndinə gələrək, Ş.Ömərova ilə yaşayırmış.

Məlumata görə, son günlər cütlük arasında mübahisələr yaşanırmış. Hadisədən bir gün əvvəl də V.Əlibəyovla Ş.Ömərova arasında mübahisə baş verib. Elə həmin gün gecə saatlarında V.Əlibəyov evdən götürdüyü balta ilə Ş.Ömərovaya yatdığı yerdə zərbələr endirib. Səsə yuxudan oyanan Ş.Ömərovanın qardaşı Şirin Ömərov ona mane olmaq istəsə də, alınmayıb. V.Əlibəyov qadının qardaşını da balta ilə qətlə yetirib.

Məlumatda bildirilir ki, Ş.Ömərova fiziki qüsurlu olub və o, V.Əlibəyovdan əvvəl 11 dəfə ərdə olub. İlk həyat yoldaşından üç övladı olan Ş.Ömərovanın digər ərlərindən övladı olmayıb. V.Əlibəyov isə onun qeyri-rəsmi yaşadığı 12-ci əri olub.

***14:08

Qusarda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Baş Prokurorluqdan Globalinfo.az-a verilən məlumata görə, avqustun 10-u saat 6 radələrində Qusar rayonu ərazisində Şirin Ömərovun öldürülməsi və Şəlalə Ömərovaya xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla Vəkil Əlibəyovun rayonun Yuxarı Tahircal kəndində yerləşən fərdi yaşayış evində balta ilə çoxsaylı xəsarətlər yetirərək Şirin Ömərovu xüsusi amansızlıqla qəsdən öldürməsinə, Şəlalə Ömərovaya isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Vəkil Əlibəyov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

***13:13

Qusar rayonunda qətl törədilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə avqustun 10-da saat 05 radələrində qeydə alınıb.

1958-ci il təvəllüdlü Əlibəyov Vəkil Saday oğlu qaynı 57 yaşlı Şirin Şəmsəddin oğlu Ömərovu balta ilə qətlə yetirib. O, həmçinin 49 yaşlı arvadı Şəlalə Ömərovaya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 67 yaşlı V.Əlibəyov saxlanılıb.

Araşdırma aparılır.