665 balla ADA-ya qəbul olmuşdu: ABŞ-da faciəvi şəkildə öldü – Təfərrüat

665 balla ADA-ya qəbul olmuşdu: ABŞ-da faciəvi şəkildə öldü - Təfərrüat

ABŞ-ın Florida ştatının Mayami şəhərində azərbaycanlı gənc Ceyhun Sadibəyli faciəli şəkildə həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Bakupost.az-a Ceyhun Sadıqbəylinin yaxınları bildirib.

Onların dediyinə görə, hadisə “South Beach” adlanan ərazidəki çimərlikdə baş verib. Belə ki, orada istirahət edərkən Ceyhunun həyat yoldaşı suda boğulmaq təhlükəsi iləüz-üzə qalıb. Xanımını ölümün cəngindən xilas edən Ceyhun özü boğularaq həlak olub.

Yenicə ailə həyatı quran Ceyhun Bostondakı şirkətlərin birində satış meneceri işləyirmiş.

Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, Ceyhun 665 balla ADA Universitetinin Biznesin idarə edilməsi ixtisasının ingiliscə bölməsinə daxil olaraq bakalavr pilləsini bitirmişdi.

***11:14

Həmyerlimiz Ceyhun Sadibəyli ABŞ-də faciəvi şəkildə həyatını itirib.

Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, istirahətə getdiyi Mayami şəhərində suda boğulub.

Qeyd edək ki, C. Sadibəyli Bakı şəhəri Nəsimi rayonu 19 nömrəli tam orta məktəbi bitirib. 2017-ci ildə 665 balla ADA Universitetinin biznesin idarə edilməsi ixtisasının ingiliscə bölməsinə daxil olub.

C.Sadibəyli son illər ABŞ-nin Boston şəhərində yaşayırmış.

Mayamidə faciəvi şəkildə ölən Ceyhunun ailəsi:  "Xanımını xilas edəndə boğuldu" - FOTO
Mayamidə faciəvi şəkildə ölən Ceyhunun ailəsi:  "Xanımını xilas edəndə boğuldu" - FOTO
Mayamidə faciəvi şəkildə ölən Ceyhunun ailəsi:  "Xanımını xilas edəndə boğuldu" - FOTO
Mayamidə faciəvi şəkildə ölən Ceyhunun ailəsi:  "Xanımını xilas edəndə boğuldu" - FOTO