Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ölkəsinin XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubionun telefon danışığı zamanı Ukraynaya “Tomaqavk” qanadlı raketlərinin tədarükü məsələsini müzakirə edib-etmədikləri ilə bağlı sualdan yayınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Mən bu cür təmasların məzmununu açıqlamağa hazır deyiləm. Ümumiyyətlə, məxfi işin mahiyyəti ondan ibarətdir ki, bəzi mövzular sadəcə olaraq açıqlana bilməz. Dünənki söhbətin məzmununu şərh edə bilmərəm”, – o qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az