
“Qiyamət radiosu” kimi tanınan UVB-76 radiostansiyası iki il əvvəl səsləndirdiyi sözləri yenidən efirə verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “UVB-76 loqları” adlı Telegram kanalı məlumat yayıb.
“Moskva vaxtı ilə saat 13:32-də “Qiyamət radiostansiyası” adlandırılan bu stansiya “ryadospay” adlı qəribə sözü səsləndirib. Ardınca saat 14:32-də “naruçnıy” (qol saatı) sözü eşidilib.
Bu sözlər daha əvvəl, 2022-ci ilin 14 fevralında da efirdə səsləndirilmişdi. 16 oktyabrda isə UVB-76 “dominion” (dominantlıq) sözünü yayımlayıb.
Avqust ayında stansiya 2022-ci ildə səslənən mesajları müntəzəm olaraq təkrar verib.
Safura Bənnayeva
Globalinfo.az














