2 mindən çox insanın taleyi həll olunur – TARİX

2 mindən çox insanın taleyi həll olunur - TARİX

HƏMAS İsrail girovlarını oktyabrın 13-də azad etməyə başlayacağını təsdiqləyib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) xəbər agentliyi məlumat yayıb. 

İsrail ordusu ABŞ, Qətər, Misir və Türkiyənin vasitəçiliyi ilə əldə olunan atəşkəsin cümə günü səhər qüvvəyə minməsindən sonra Qəzzadan çıxarılmasının birinci mərhələsini başa vurduğunu bildirib.

“HƏMAS bütün 20 canlı girovu azad etməlidir. Bu, İsrail həbsxanalarında saxlanılan 2000-ə yaxın fələstinli məhbusun müqabilində olacaq.İmzalanmış razılaşmaya əsasən, məhbus mübadiləsi razılaşdırıldığı kimi bazar ertəsi səhər başlayacaq”, – HƏMAS rəsmisi Usamə Həmdan AFP-yə deyib.

Safura Bənnayeva
Globalinfo.az