ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə Patriot hava hücumundan müdafiə sistemlərinin tədarükü imkanlarını müzakirə ediblər.
Globalinfo.az xəbər verir ki, söhbət oktyabrın 11-də telefon danışığı zamanı baş tutub.
“RBC-Ukrayna”nın məlumatına görə, ABŞ lideri Ukraynadakı, xüsusən də Kiyevdəki hazırkı vəziyyət, habelə Rusiyanın bu şəhərə endirdiyi son aviazərbələrin nəticələri ilə maraqlanıb və kömək etməyə hazır olduğunu deyib.
O, həmçinin Ukraynanın hava hücumundan müdafiə sistemləri və raketlərinə diqqət çəkib.
Söhbət zamanı Tramp “Tomaqavk” raketlərinin tədarükü ehtimalının gündəmə gətirildiyini təsdiqləyib, lakin əlavə təfərrüatları açıqlamayıb.
Safura Bənnayeva
Globalinfo.az














