Kuril adalarında 10 turist itkin düşdü

Kuril adalarında 10 turist itkin düşdü

Kuril adalarında Baranski vulkanının yaxınlığında 10 turist itkin düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Saxalin vilayətinin Kuril bölgəsi üzrə rəhbəri Konstantin İstomin məlumat yayıb.

O bildirib ki, turistlər Baranski vulkanı yaxınlığındakı İturup adasında yoxa çıxıblar.

Hazırda xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirirlər.

Safura Bənnayeva
Globalinfo.az