Rusiya 2023-cü ildən bəri ilk dəfə Gürcüstandan qarpız idxal edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Rusiya şirkətləri gürcü fermerlərdən qarpız alıb, lakin 2022-ci ildə idxalını dayandırıb. 2023-cü ildə 11 900 dollar dəyərində kiçik bir göndəriş həyata keçirilib, lakin sonra idxal yenidən dayanıb.
2025-ci ildə Rusiya Gürcüstandan qarpız idxalını bərpa edib. Yayın iki ayı ərzində tədarükün həcmi 455,6 min dollara çatıb. İyulda bu göstərici fasilədən əvvəl müşahidə olunan göstəricilərə yaxın həddə çatıb – 415,8 min.
Rusiyadan başqa, Ermənistan (232,6 min dollar) və Belarus (23,8 min dollar) da bu yay Gürcüstandan qarpız alıb”.
Safura Bənnayeva
Globalinfo.az