
Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında keçirilən görüşün nəticələri müsbətdir.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio danışıb.
Sammitin gedişi ilə bağlı jurnalistin sualını cavablandıran Rubio görüşün effektiv və səmərəli keçdiyini bildirib.
Onun sözlərinə görə, prezidentlər arasında aparılan müzakirələr konstruktiv xarakter daşıyıb və tərəflər bir sıra mühüm məsələlər üzrə irəliləyiş əldə ediblər.
Safura Bənnayeva
Globalinfo.az














