59 yaşlı sürücü sükan arxasında öldü

59 yaşlı sürücü sükan arxasında öldü

Biləsuvarda sükan arxasında olan sürücü ölüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 1965-ci il təvəllüdlü Namiq Məmmədov sükan arxasında olarkən halı pisləşib. O, idarə etdiyi avtomobilində ölüb.

N. Məmmədovun ürəktutmasından vəfat etdiyi bildirilir.

Meyit aidiyyəti üzrə təhvil verilib.