
“İran uzunmüddətli müharibəyə hazırlaşır”.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumatı yayıb.
Bildirilib ki, Tehran rəhbərliyi uzun sürən və mərhələli şəkildə aparılacaq hərbi qarşıdurma ilə mövcudluğunu qorumağı planlaşdırır.
Ekspertlər hesab edirlər ki, İranın əsas məqsədi daxildəki zəif rejimini möhkəmləndirmək və İbrahim razılaşmaları çərçivəsində İsrailin regionda təsir dairəsini genişləndirməsinin qarşısını almaqdır.
Safura Bənnayeva
Globalinfo.az