Qrossidən İranın nüvə silahı ilə bağlı daha bir açıqlama

Qrossidən İranın nüvə silahı ilə bağlı daha bir açıqlama

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi “CBS News” telekanalına müsahibəsində deyib ki, uranın zənginləşdirilməsi üzrə işləri bərpa etmək üçün İrana bir neçə ay lazım olacaq.

ABŞ ciddi ziyan vurmasına baxmayaraq, İran hələ də bu proseslə məşğul olmaq imkanına malikdir. Onlar bir neçə ay ərzində, hətta daha az müddətə zənginləşdirilmiş uranı istehsal edəcək sentrifuqa kaskadlarına sahib ola bilərlər”.

***

“MAQATE İranın nüvə proqramının nüvə silahı istehsal etmək məqsədi daşıdığına dair heç bir sübut tapmayıb”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Agentliyin baş direktoru Rafael Qrossi deyib.

“Biz proqramın buna yönəldiyini görmədik, lakin İran səlahiyyətliləri bəzi çox vacib suallara cavab vermədilər. MAQATE ekspertləri İranın nüvə proqramı ilə bağlı öz qiymətləndirmələrində həmişə çox dürüst olublar”.

Safura Bənnayeva
Globalinfo.az