vuqar bayramov

Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, iyulun 1-dən başlayaraq ölkəmizdə sosial paketin növbəti mərhələsi çərçivəsində müavinət və təqaüdlərə artımlar ediləcək”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasındakı çıxışında deyib.

O bildirib ki, sözügedən artımlar təxminən 1.1 milyon vətəndaşı əhatə edəcək:

Həmçinin oxuyun:

Gözlənilən qərar verildi – Milyonlarla insana təsir edəcək

“Bu, Azərbaycan sosial təminat sisteminin gücləndirilməsi istiqamətində atılan növbəti addımdır. Məhz Prezidentin tapşırıqlarına uyğun olaraq, bu ilin yanvarından etibarən 5-ci sosial paket işə salınıb. Ölkə başçısıbnın imzaladığı sənədlər ölkədə sosial təminatın möhkəmləndirilməsi prioritetinin davam etdiyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının dayanmasını bir daha təsdiqləyir. Yeni sosial paket 3 milyon insanı əhatə edir. Bunun 1 milyon 100 mindən çoxu pensiya alanlar, 700 mindən çoxu isə minimum əməkhaqqı artımı nəticəsində maaşlarda artım görən şəxslərdir. Eyni zamanda, sosial müavinət və təqaüdlər də yüksəldilib”.

Millət vəkili qeyd edib ki, yeni artımlarla birlikdə 2018-ci ilin əvvəlinə nisbətən minimum aylıq əməkhaqqı 3,1 dəfə, minimum pensiya isə 3 dəfə artıb:

“2018-2024-cü illər arasında müavinət və təqaüdlər 5 dəfə artıb. Artım tendensiyası 2025-ci ildə də davam edəcək. Bu il üçün sosial sahəyə əlavə olaraq 1,4 milyard manat vəsait ayrılması planlaşdırılır. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Prezidentin göstərişi ilə həyata keçirilən sosial paketlərə ümumilikdə 8,5 milyard manat əlavə vəsait ayrılıb”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: