Tokayev iki naziri vəzifədən azad etdi

Tokayev iki naziri vəzifədən azad etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iki naziri işdən çıxarıb.

Globalinfo.az xəbər verir ki, Tokayevin qərarına əsasən müdafiə naziri Ruslan Jaksılıkov və nəqliyyat naziri Marat Karabayev vəzifədən azad olunublar.

Yeni müdafiə naziri vəzifəsinə əvvəllər nazir müavini – Qazaxıstan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının baş komandanı vəzifəsində çalışan Dauren Kosanov təyin edilib.

Dövlət başçısının mətbuat xidməti hələlik Qazaxıstan Nəqliyyat Nazirliyinin yeni rəhbərinin kim olacağı barədə məlumat verməyib.