Paşinyan Petrosyanı təhqir etdi – FOTO

Paşinyan Petrosyanı təhqir etdi - FOTO

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin birinci prezidenti Levon Ter-Petrosyanı seçki saxtakarlığının banisi adlandırıb və populist fırıldaqçı kimi qiymətləndirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə Feysbuk hesabında paylaşım edib.

“Levon Ter-Petrosyan Ermənistan Respublikasında seçki saxtakarlığı praktikasının banisidir və təbii ki, onun kimi populist fırıldaqçı və saxtakarın yanında olmalıdır”, – deyə baş nazir qeyd edib.

Qeyd edək ki, ötən gün Ermənistan Respublikasının birinci prezidenti Levon Ter-Petrosyan bütün ermənilərin katolikosu II Qareginlə təkbətək görüşüb. Görüş zamanı Ter-Petrosyan katolikosu tam dəstəklədiyini bildirib və Ermənistan hakimiyyətinin 1700 illik erməni apostol kilsəsinə qarşı atdığı addımları, xüsusilə də konstitusiyaya zidd müdaxiləni qəti şəkildə pislədiyini vurğulayıb.

Safura Bənnayeva
Globalinfo.az