“Fənərbağça” autsayderlə oyunda darmadağın oldu

"Fənərbağça" autsayderlə oyunda darmadağın oldu

Türkiyə Super Liqasında XXXVII tura yekun vurulub.

Globalinfo.az xəbər verir ki, son gün 1 matç keçirilib.

“Fənərbaxça” səfərdə autsayder “Hatayspor”la qarşılaşıb.

Görüşün 27-ci dəqiqəsində hesabı İstanbul təmsilçisindən Yusuf Ən-Nesri açsa da, sonradan “Fənərbağça” qapısında dörd qol görüb.

Əsas vaxta artırılmış dəqiqələrdə İrfan Can Kahveci qollardan birinin əvəzini çıxıb.

6 qolun vurulduğu oyunda “sarı-lacivərdlilər” gözlənilməz şəkildə 2:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, matçın 38-ci dəqiqəsində hakim “Fənərbağça”dan Mert Müldürə birbaşa qırmızı vərəqə göstərib.

O, cari mövsüm “Fənərbağça”nın heyətində birbaşa qırmızı vərəqə alan ilk futbolçu oldu.