“Real Madrid” yeni baş məşqçisinin adını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə komandanın saytında məlumat verilib.
“Bu postu 2009-2014-cü illərdə “Real Madrid”də çıxış edən Xabi Alonso tutub. Müqavilənin müddəti 2028-ci ilin iyun ayına qədərdir.
2022-ci ilin oktyabrından Alonso Almaniyanın “Bayer” klubuna rəhbərlik edir. Onun rəhbərliyi altında klub Almaniya çempionatının qalibi olmaqla yanaşı, ölkə kubokunun və Superkubokunun qalibi olub”- məlumatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl Karlo Ançelotti “Real Madrid”in baş məşqçisi postunu tərk edib. 65 yaşlı mütəxəssis Braziliya millisinə rəhbərlik edəcək.














