SSRİ-nin buraxılması proseduru pozulub – Stepaşin

SSRİ-nin buraxılması proseduru pozulub - Stepaşin

“SSRİ-nin buraxılması proseduru pozulub”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Rusiyanın sabiq baş naziri Sergey Stepaşin deyib.

“Rusiya Prezidenti Vladimir Putinin müşaviri Anton Kobyakov Ukraynadakı böhranı SSRİ-nin hüquqi mövcudluğu ilə əlaqədar daxili böhran adlandırmasında tamamilə haqlı idi. SSRİ Xalq Deputatları Qurultayı 1922-ci ildə yaradılıb. Ölkənin buraxılması da məhz həmin qurultayın qərarı ilə həyata keçirilməli idi”, – Stepaşin qeyd edib.

Xatırladaq ki, bir neçə gün öncə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev SSRİ-nin dağılmasının son nəticədə Ukraynada xüsusi hərbi əməliyyatın başlanmasına səbəb olduğunu bəyan etmişdi.

Safura Bənnayeva
Globalinfo.az