Həştərxanda dəhşətli yanğın: 100 nəfər…

Rusiyanın Həştərxan vilayətindəki eyni adlı şəhərdə ən böyük bazarlardan birində yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, yanğın sahəsi 1200 kvadratmetr təşkil edir.

Yanğının söndürülməsinə 90 nəfər canlı qüvvə və 21 texnika cəlb olunub.

Yanğın zamanı 100-dən çox insan təxliyə edilib.

Hazırda yanğın lokallaşdırılıb, itki olmayıb.